“İlanı yuvasından çıxara biləcək dilim var” - Samirə

14 Fevral 2022 13:32

"İlanı yuvasından çıxara biləcək dilim var. Məni gərək o həddədək əsəbiləşdirəsən ki, acıdil olum. O çox nadir hallarda olur".

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Samirə Mustafayeva deyib.

Sosial mediadan gələn sualları cavablandıran Mustafayeva bildirib ki, ən çox ayaqqabıya pul xərcləyir:

"Mənə seçim versələr, müalicə, yemək yoxsa geyim, mən mütləq geyimi seçərəm".

Sənətçi ilk avtomobilinin qiymətindən də söz açıb:

"İlk maşınımın qiyməti 16 min manatdır. İlkin ödəniş etmək üçün bir çox əşyamı satmışdım".

Milli.Az