Gürcüstanda daha 4 028 nəfərdə COVID-19 aşkarlanıb, 21 nəfər ölüb

14 Fevral 2022 12:44

Gürcüstanda ötən sutka ərzində daha 4 028 nəfərə koronavirus diaqnozu qoyulub, 21 pasiyent vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 1 458 093-ə, ölənlərin sayı isə 15 577-yə çatıb.

Son bir gündə 22 517, ümumilikdə isə 1 270 759 nəfər müalicə olunaraq sağalıb.

Milli.Az