Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağcabədi rayonunda olublar, Ulu Öndərin abidəsini ziyarət ediblər - VİDEO

14 Fevral 2022 10:35

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağcabədi rayonuna səfər ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı və birinci xanım xalqımızın ümummilli lideri Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər.

Milli.Az