Moskva səmasında müəmmalı görüntülər

14 Fevral 2022 12:08

Moskva səmasında internet istifadəçilərini çaşdıran sirli anomaliya qeydə alınıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə qeyri-adi hadisə ilə bağlı şəkillər dərc edilib.

İnsident şənbə günü, fevralın 12-də baş verib.

Bir anda səmada sarımtıl işıq parlaması və ağ işıq sütunları görünüb.

Bəziləri bunu yadplanetlilərin hücumu adlandırıb. Bəziləri isə daha sadə izah tapmağa çalışıb.

Milli.Az