Neftçalada 43 yaşlı kişi özünü bıçaqladı

13 Fevral 2022 23:22

Neftçala sakini özünə xəsarət yetirib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Bankə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1979-cu il təvəllüdlü Əliyev Füzuli Yusif oğlu bədənini kəsilmiş yaraları ilə Neftçala Rayon Mərkzi Xəstəxanasına yerləşdirilib.

F.Əliyevin kəsici alətlə özü-özünə xəsarət yetirdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az