Bakıda 27 yaşlı gənc bıçaqlanıb

13 Fevral 2022 23:21

Bakıda gənc oğlan bıçaqlanıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Binə qəsəbəsində 1995-ci il təvəllüdlü Babayev Şahin Mahir oğlu mübahisə zəminində bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarının ön divarının bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az