Ermənilər qazsız qalmalarının səbəbini anlamır

6 May 2010 12:30
Milli.Az news.am saytına istinadən xəbər verir ki, bu, erməni tərəfindən anlaşılmazlığa səbəb olub. "ArmRosqazprom"un mətbuat katibi Şuşan Sardaryan bildirib ki, boru xəttindəki problemin həllinə baxmayaraq, qaz nəqlinin bərpa edilməməsinin səbəbi onlara məlum deyil. "Qeyri-müəyyən səbəblərdən Ermənistana qaz nəqli hələ də bərpa olunmayıb", - deyə o, qeyd edib. O, buna görə Gürcüstanı günahlandırıb.

Xatırladaq ki, Rusiyadan Ermənistana qaz nəql edən boru xəttinin Gürcüstan ərazisindəki hissəsində problem aprelin sonlarında yaranmışdı. O zaman problemin 2-3 günə aradan qaldırılacağı və "mavi yanacaq" nəqlinin bərpa olunacağı bildirilirdi.

Milli.Az