Ştaynmayer ikinci müddətə Almaniya prezidenti seçildi

13 Fevral 2022 18:42

Almaniya Federal Məclisi prezident Frank-Valter Ştaynmayeri ikinci müddətə yenidən seçib.

Milli.Az report-a istinadən xəbər verir ki, iclas Almaniya telekanalları tərəfindən yayımlanıb.

İclasda 1 472 nəfər iştirak edib. Ştaynmayer 1045 səs toplayıb.

Ölkənin bütün aparıcı partiyaları onun namizədliyini dəstəkləyib.

Milli.Az