Qəhvə ömrü uzadır

14 Fevral 2022 06:22

Alimlərin 10 il ərzində 500 min insan üzərində apardığı araşdırma qəhvənin insan ömrünü uzatmağa kömək etdiyini ortaya çıxarıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, araşdırmanın nəticələrinə görə, daim qəhvə içənlər qəhvə içməyənlərdən 12% daha uzun yaşayırlar. Üstəlik, insult və ürək-damar xəstəlikləri riski də qəhvə içənlərdə içməyənlərə nisbətən təxminən 20% azdır. 

Qəhvənin bu faydaları yalnız üyüdülmüş forması üçün keçərlidir.

Eyni zamanda, qəhvə xərçəng, diabet və demensiya riskini azaltmaqda təsirli olan minerallar və antioksidantlar ehtiva edir.

Gündə 3 fincandan artıq qəhvə istehlakı məsləhət görülmür.

Milli.Az