Türkiyənin ən məşhur sevgi mahnıları bəlli oldu

14 Fevral 2022 03:44

14 fevral Sevgililər Günü münasibətilə Türkiyənin "Areda Survey" şirkəti bütün dövrlərin ən məşhur türk sevgi mahnıları ilə bağlı araşdırma aparıb.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, araşdırma nəticəsində məşhur müğənni Kayahanın "Bizimki bir eşk hekayesi" mahnısı 17,9%-lə birinci olub.

Korifey müğənni Zəki Mürənin "Getmə, sənə möhtacam" mahnısı 9,4%-lə ikinci, Berkantın "Samanyolu" mahnısı 7,7 faizlə üçüncü olub.

Milli.Az