İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdam Cümə məscidində bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olublar

13 Fevral 2022 15:37

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdam rayonuna səfər ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı və birinci xanım Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olublar. Prezident İlham Əliyev burada çıxış edib.

Səfərdən hazırlanan geniş reportaj fevralın 14-də təqdim ediləcək.

Milli.Az