Ləqəbi "Çaça" imiş

13 Fevral 2022 16:00

Türkiyəli məşhur aktyor Çağatay Ulusoy barədə maraqlı faktlar üzə çıxıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Aktyorun məktəb illərində ləqəbinin "Çaça" olduğu ortaya çıxıb. 7 il basketbolla məşğul olan Çağatayın arzusu bu sahədə irəliləmək olub. Ulusoy tək qalmağı və qaranlıqda oturmağı sevir. O, gitara çalır, rəsm çəkir, bəzən yazıçılıq da edir.

Qeyd edək ki, Çağatay Ulusoy "Süslü korkuluk" serialında baş rolu canlandıracaq. Ekran işində onun tərəf müqabili isə Alina Boz olacaq.

Milli.Az