“Həyəcanlı deyilik, təxliyə planımız hazırdır” - Mövlud Çavuşoğlu

12 Fevral 2022 23:04

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya - Ukrayna böhranından danışıb.

Türkiyəli diplomat bildirib ki, vəziyyət nə qədər gərgin olsa da, Türkiyə hazırkı durumda həyəcanlı deyil və gərəkərsə lazımi addımlarını atacaq.

"Qarşıdurma olarsa, vətəndaşlarımızın təxliyə planı hazırdır. Türkiyə münaqişə olmasının tərəfdarı deyil, bizim mövqeyimiz gərginliyin aradan qaldırılmasından yanadır", - deyə Mövlud Çavuşoğlu bəyan edib.

Milli.Az