Omikron uşaqlar üçün ölümcül ola bilər - Xəbərdarlıq

12 Fevral 2022 18:15

Koronavirusun Omikron ştammına yoluxduqda, beş yaşınadək uşaqlar, xüsusən də oğlanlar ölümcül vəziyyətlə üzləşə bilər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı pediatr Sergey Tokarev deyib.

"Kəskin larinqotraxeit daha çox beş yaşınadək oğlanlarda inkişaf edir və qırtlağın stenozuna səbəb ola bilər", - Tokarev bildirib.

Milli.Az