Fərid “Space”dən getdi

12 Fevral 2022 15:07

Aparıcı Fərid Rəsul "Space" ilə yollarını ayırıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, bir müddət əvvəl ATV-dən çıxaraq sözügedən kanalda çalışan aparıcının efirə çıxacağı televiziya müəyyənləşib.  O, "Mənim Süfrəm" proqramı ilə ARB ekranlarında görünəcək.

Proqram fevralın 13-dən etibarən yayımlanmağa başlayacaq. 

Milli.Az