"Coca-Cola" və "Pepsi" içkiləri dəyişəcək

9 Mart 2012 18:41
Milli.Az "Bloomberg"ə istinadən bildirir ki, ABŞ-ın Kaliforniya ştat məhkəməsinin qərarına görə, "Coca Cola" və "Pepsi Cola" içkilərinin tərkibindəki karamel boyasında olan 5-metilimidazol maddəsi insan orqanizmi üçün çox təhlükəli maddə, yəni kanserogendir.

"Coca-Cola" onu karamellə təmin edən şirkətlərə müraciət edərək xammalın tərkibinin dəyişdirilməsini istəyir. Şirkət hesab edir ki, "Coca-Cola"nın tərkibində insan sağlamlığı üçün risk sayıla biləcək heç nə yoxdur.

ABŞ-ın Elmin Uğurlarının Cəmiyyətin Maraqları üçün İstifadə Cəmiyyəti ötən ilin fevralından bəri ammonium-sulfat tərkibli karamel boyalarından istifadənin yasaqlanmasına çalışır.

Amerika İçki İstehsalçıları Assosiasiyası isə bəyan edib ki, sözügedən mərkəz kola istehsalçılarını qorxutmağa çalışır: "Əslində, elm 4-metilmedidaxolun qidada və ya içkidə olarkən insan orqanizmi üçün təhlükə mənbəyinə çevrilməsi barədə sübutlara malik deyil".

"Coca-Cola" və "PepsiCo" Birləşmiş Ştatların qazlı içkilər bazarının 90 faizinə nəzarət edir.

Milli.Az