Meqan Foks rəsmən boşandı

12 Fevral 2022 11:42

Məşhur aktrisa-model Meqan Foks və aktyor Brayan Qrin 2020-ci ildə ayrıldıqlarını elan etmişdilər.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aralarında yaranan soyuqluğa görə məhkəməyə müraciət edən cütlük iki ildən sonra rəsmi şəkildə boşanıb.

Qeyd edək ki, Meqan Foks və aktyor Brayan Qrin 2004-cü ildə tanış olub, 2010-ci ildə isə ailə həyatı qurub. Onların bu evlilikdən 3 uşağı dünyaya gəlib. Aktrisa hazırda repçi Kolson Beykerlə münasibətdədir. Repçi bu ilin əvvəlində Meqana evlilik təklifi edib.

Milli.Az