Məşhur cütlük bu səbəbdən toy edə bilmir

12 Fevral 2022 10:15

2019-cu ildən nişanlı olan məşhur cütlük, müğənni Keti Perri və aktyor Orlando Blum hələ də toy etməyiblər.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, radio verilişlərinin birində qonaq olan müğənni mərasimin keçirilməməsinin səbəbini açıqlayıb:

"Toy etmək üçün yeri müəyyənləşdirə bilmirik. Bunun üçün çalışırıq, amma aylar keçdikcə yeni ştamlar meydana gəlir. Pandemiyaya görə toy edə bilmirik".

Qeyd edək ki, Keti və Orlandonun 2020-ci ildə Deyzi adlı qızları dünyaya gəlib.

Milli.Az