"Oğlum"un aktrisası qəza keçirdi - FOTOlar

12 Fevral 2022 12:54

Hazırda "Oğlum" serialında Zeynəb obrazını canlandıran aktrisa Songül Öden əli sarıqlı görüntülənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərə çəkiliş zamanı kiçik qəza keçirdiyi deyib:

"Çəkiliş zamanı kiçik qəza oldu, önəmli bir şey deyil, sadəcə əzilib".

Qeyd edək ki, "Oğlum" serialının ilk bölümü "Show" telekanalında yayımlanıb.

Milli.Az