Türkiyəli müğənni Alişanın aktrisa həyat yoldaşı Buse Varol alış-veriş mərkəzində görüntülənib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa boşanmaları ilə bağlı yayılan xəbərlərin doğru olmadığını bildirib:
"Bu barədə danışmaq istəmirəm, elə bir şey yoxdur".
B.Varolun barmağında nişan üzüyünün olmaması isə diqqət çəkib.
Qeyd edək ki, bir neçə gün əvvəl cütlüyün ayrılmaq üçün gizli şəkildə prosedurlara başladığı deyilmişdi. Alişan isə xəbərləri yalanlamışdı. Onların bu evlilikdən iki övladı var.
Milli.Az