"Sinanla dostluğumuz olmayacaq"

12 Fevral 2022 12:06

Türkiyəli aktrisa Burcu Kıratlı boşanması barədə sualları cavablandırıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa həyat yoldaşı müğənni Sinan Akçılla boşandıqdan sonra dost qalmayacağını bildirib:

"Bir-birimizi incitməmişik, düşmən deyilik. Amma dostluğumuz da olmayacaq. Nəticədə bir eşq bitir". 

B.Kıratlı "3-cü dəfə də Sinan bəylə evlənərsiniz" sualına isə "Yox, 3-cü dəfə olmaz" cavabını verib:

Qeyd edək ki, cütlük ötən ilin fevralında 2-ci dəfə evlənib.

Milli.Az