İsveç səmasında işıqların rəqsi qeydə alındı - VİDEO

12 Fevral 2022 13:54

İsveçdə şimal parıltısı valehedici mənzərə yaradıb.

Təbiət hadisəsi İsveç Laplandiyası üzərində qeydə alınıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, İsveç-Finlandiya sərhədinə yaxın olan Pajala bölgəsində axşam saatlarında müşahidə edilən ağ, yaşıl və qırmızı işıqlar görənləri heyrətləndirib.

Nağıllardakı mənzərəni xatırladaq görüntülər təsadüfi şahidlər tərəfindən çəkilib.

Milli.Az