Bakıda iki avtomobil toqquşub - FOTO

12 Fevral 2022 08:48

Bakının Xətai rayonunda yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
"Haval" markalı avtomobilin sürücüsü sükana nəzarəti itirib. Nəticədə "Haval" qarşıda hərəkətdə olan "Azsamand" markalı nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəsində hər iki maşına ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az