Britaniya vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb

12 Fevral 2022 09:00

Britaniyanın Xarici İşlər Nazirliyi vətəndaşlarını təcili surətdə Ukraynanı tərk etməyə çağırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə nazirlikdən yayılan məlumatda deyilir.

"Britaniya vətəndaşlarının təhlükəsizliyi bizim əsas prioritetimizdir Buna görə də biz səyahət məsləhətlərimizi yeniləmişik. Biz Ukraynadakı Britaniya vətəndaşlarını mövcud olan kommersiya vasitələri ilə Ukraynanı indi tərk etməyə çağırırıq",- deyə qeyd edilib.

Milli.Az