İsrail diplomatların ailələrini Kiyevdən çıxarır və vətəndaşlarını Ukraynaya səfər etməməyə çağırıb.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə KAN televiziya kanalı məlumat yayıb. "XİN bu axşam Ukraynaya səyahət xəbərdarlığı edib və diplomatların və elçilərin ailələrinin ölkədən təxliyəsini elan edib", - deyə məlumatda bildirilir.
XİN-in bəyanatında Ukraynada yaşayan İsrail vətəndaşlarına "heç bir halda qaynar nöqtələrə yaxınlaşmamaq", bu ölkəyə səfər etməyi planlaşdıranlara isə "hazırda bundan çəkinmək tövsiyə olunur".
Milli.Az