İstanbulda yanğında 4 əcnəbi həlak olub

11 Fevral 2022 23:00

İstanbulun Güngörən rayonu ərazisində yerləşən tekstil sexində baş verən yanğın nəticəsində 4 əcnəbi işçi həlak olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə məlumatı İstanbul Valiliyi yayıb.

Bundan əlavə, xəsarət alan 6 nəfər xəstəxanaya çatdırılıb. Qeyd olunub ki, ölən şəxslər yanğından qorunmaq üçün sexin tualetinə daxil olmuşdular.

Milli.Az