Müdafiə Nazirliyi məlumat yaydı: Yalandır!

11 Fevral 2022 12:21

Erməni sosial şəbəkələrində guya Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ordumuzun bölmələri tərəfindən mülki yaşayış evinin atəşə tutulması barədə yayılan məlumat yalandır, təxribat xarakteri daşıyır.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən bildirilib.

Milli.Az