Səidə müğənnilərin 12 il əvvəlki FOTOsunu yaydı

11 Fevral 2022 13:38

Müğənni Səidə Sultan həmkarları Xatirə İslam və Rəqsanə ismayılovanın da yer aldığı arxiv fotosunu paylaşıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, ifaçı şəkilin 12 il əvvəl lentə alındığını bildirib.

"Elə-belə rastıma çıxdı paylaşdım. Məncə heç birimizdə elə bir dəyişiklik yoxdur. Yaxşı qalmışıq.Bir əmma odur ki, mənim qaşlarım çox nazikdir. İndi fikir verirəm ki, hamımızın qaşı nazikdir. O vaxt dəb imiş" deyə, Səidə paylaşıma qeyd edib.

Rəqsanə isə onun paylaşımına "Bura haradı bacı? Bəh-bəh, burada cavanlıq vaxtımızdır" reaksiyasını verib.

Milli.Az