Rusiyada təyyarə qəzasından görüntülər - FOTOlar

11 Fevral 2022 10:02

Rusiyanın Kamçatka yarımadasında "An-2" tipli təyyarə qəzaya düşüb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, qəza Severnie Koryaki kəndi ərazisində baş verib.

Məlumata görə, təyyarənin göyərtəsində iki nəfər olub və onların həlak olduğu bildirilir.

Hazırda hadisə yerində xilasedicilər çalışır. Qəzanın səbəbləri araşdırılır.

Milli.Az