Neymarın 37 minini oğurladılar

11 Fevral 2022 13:14

PSJ-nin braziliyalı futbolçusu Neymarın bank hesabından 37 min avro oğurlanıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, oğurluq etməkdə şübhəli bilinən 20 yaşlı gənc saxlanılıb.

Saxlanılan şəxsin cinayətkar qrupun üzvü olduğu bildirilib.

Dələduzluqda iştirak edən digərlərinin də şəxsiyyətləri müəyyən olunub.

Milli.Az