Dilan toy tarixini açıqladı

11 Fevral 2022 13:38

Türkiyəli aktrisa Dilan Çiçək Dəniz mükafatlandırma gecəsində müxbirlərlə şəxsi həyatı barədə danışıb.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki,islandiyalı rejissor Thor Saevarssonla nişanlanan aktrisa toy tarixlərini açıqlayıb:

"Yayda evlənmək istəyirik. Amma ikimizin də hazırda işləri çox olduğu üçün hazırlıq görə bilmirik. Yaxın zamanda başlayarıq. Xəbəriniz olacaq".

Qeyd edək ki, cütlük ötən ilin dekabrında nişanlanıb.

Milli.Az