Ərdoğan koronavirusdan sağaldı

10 Fevral 2022 20:13

Koronavirusa yoluxan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sağalıb.

Milli.Az xəbər verir ki, bu barədə həkim, professor Serkan Topaloğlu Ərdoğanın durumu ilə bağlı açıqlama verərkən bildirib.

O qeyd edib ki, son iki gündə edilən PCR testləri mənfi çıxıb: "Düşünürəm ki, prezidentimiz yaxında, hətta sabah da ənənəvi proqramına qayıdacaq".

Qeyd edək ki, fevralın 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan koronavirusa yoluxmuşdu.

Milli.Az