"Xəzər Lənkəran" qayıtdı? - AÇIQLAMA

10 Fevral 2022 18:58

Region Liqasında çıxış edən "Xan Lənkəran" klubunun adının dəyişdirilərək "Xəzər Lənkəran" olduğu barədə xəbər yayılıb.

Bunun nə dərəcədə doğru olub-olmadığını dəqiqləşdirməkçün cənubluların idman direktoru Emin Təyyaroğluyla əlaqə saxladıq. Klub rəsmisi Offsideplus.az-a açıqlamasında informasiyanı nə təsdiq, nə də təkzib etdi: "Heç nə dəqiq deyil, ona görə indidən nəsə deyə bilmərəm. Mən də bu məlumatı sosial şəbəkələrdə gördüm".

Bildirək ki, yayılan xəbərdə klub rəhbərliyinin İstanbulda "Xəzər Lənkəran"ın fəxri prezidenti, "Palmali" şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovla görüş keçirdiyi və "Xan Lənkəran"ın adının dəyişdirildiyi qeyd olunub.

Qeyd: məlumatı ilk olaraq Azərbaycan Azarkeşlər Birliyinin (AAB) rəhbəri Atanur Cəfərli sosial şəbəkə hesabında paylaşıb.

Milli.Az