MU-nun baş məşqçisi vəzifəsinə daha bir namizəd

10 Fevral 2022 20:57

İspaniya millisinin baş məşqçisi Luis Enrike "Mançester Yunayted"i çalışdıra bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis "qırmızı şeytanlar"ın baş məşqçisi vəzifəsinə əsas namizədlərdən biridir.

İspan mütəxəssislə yanaşı, PSJ-nin çalışdırıcısı Maurisio Poçettino və "Ayaks"ln baş məşqçisi Erik Ten Haq da namizədlər siyahısındadır.

Qeyd edək ki, Luis Enrikenin İspaniya millisi ilə müqaviləsi mövsümün sonuna qədərdir.

Milli.Az