"Param-parçayam, səndən sonra yaşamıram"

10 Fevral 2022 19:18

Müğənni qızı Səidə Dadaşova mərhum Xalq artisti Rafael Dadaşovla bağlı paylaşım edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı aktyor üçün darıxdığını bildirib. O qeyd edib ki, atasının vəfatından sonra həyatı dəyişib:

"Canımdan can aldın getdin, ata. Param-parça oldum... Mən nə edim axı? Atam, səni sənsiz yaşayıram. Yox, yaşamıram, sadəcə nəfəsim gəlir-gedir".

Qeyd edək ki, R.Dadaşov 2020-ci ilin martında dünyasını dəyişib. Aktyor ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş və daha sonra vəfat etmişdi.

Milli.Az