Rusiyada gündəlik yoluxmada növbəti antirekord qeydə alındı

10 Fevral 2022 17:06

Rusiyada son sutka ərzində daha 197 076 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, koronavirus pandemiyası dövründə ən çox gündəlik yoluxma halı qeydə alınıb.

Bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 13 527 845 nəfərə çatıb.

Son sutka ərzində 701 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 338 091 nəfərə çatıb.

Milli.Az