ABŞ-da neft emalı zavodu partladı
6 May 2010 11:52
Milli.Az "Rossiya 24"ə istinadən xəbər verir ki, partlayışdan dərhal sonra güclü yanğın başlayıb. İlkin məlumata görə, partlayış yanacaq daşıyan avtomobildə baş verib. Avromobil partlayışın gücündən havaya uçub. Alov ətrafdakı neft məhsulları çənlərinə yayılıb. Hadisə nəticəsində zavodun bir neçə işçisi yanıq yarası alsa da, ölən yoxdur.
Milli.Az