Amerikalı məşhur müğənni Cennifer Lopez görünüşündə dəyişiklik edib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 52 yaşlı sənətçi "Rolling Stone" jurnalının mart buraxılışı üçün kamera qarşısına keçib. Nəşr üçün uzun saçlarını qısa kəsdirən müğənni müxtəlif geyimlərdə şəkillər çəkdirib.
Onun yeni imici izləyicilər tərəfindən də bəyənilib.
Qeyd edək ki, fotoların müəllifi Krisian Rozdur.
Milli.Az