“Sevgililər günü”ndə evlilik təklifi edəcək

10 Fevral 2022 18:24

Bir neçə gün əvvəl türkiyəli aktrisa Demet Özdemirlə barışan müğənni Oğuzhan Koç ona evlilik təklifi etməyə hazırlaşır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi 14 fevral "Sevgililər günü"ndə böyük şənlik təşkil edəcək. İddiaya görə, Oğuzhan gecəyə dəvət etidiyi qonaqların qarşısında sevgilisinə evlilik təklifi edəcək.

Qeyd edək ki, cütlük qısqanclıq səbəbindən ayrılmışdı.

Milli.Az