İrəvanda avtoritetin dostu güllələndi

10 Fevral 2022 10:54

İrəvanda silahlı atışma baş verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, 47 yaşlı Vardan Gevorqyan silahlı atışma nəticəsində xəsarət alıb.

Belə ki, "Ermənistan" tibb mərkəzindən polisə güllə yarası almış şəxsin buraya yerləşdirilməsi ilə bağlı məlumat daxil olub. Faktla bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb, cinayətkarın şəxsiyyəti dəqiqləşdirilir.

Bundan əlavə, yaralı şəxsin kriminal aləmdə yaxşı tanınan, "xoşməramlı səfir" Artyom Arutyunyanın dostu olduğu deyilir.

Milli.Az