Fırıldaqçılar Stalinin qohumundan 16 milyon vəsait aldılar

10 Fevral 2022 20:24

İosif Stalinin qohumu Böyük Vətən Müharibəsi qəhrəmanı Leonid Alliluyev fırıldaqçıların qurbanı olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, telefon fırıldaqçıları 94 yaşlı L.Alliluyevdən 16 milyon rubl pul alıblar. Sözügedən vəsait ötən ilin sentyabr ayından oktyabra qədər olan dövrdə fırıldaqçılara göndərilib.

Polis faktla bağlı araşdırma başladıb.

Milli.Az