Bolduin operatorun ölümündən sonra ilk dəfə çəkilişlərə qayıtdı - FOTO

10 Fevral 2022 10:48

Aktyor Alek Bolduin "Rust" ("Pas") filminin çəkiliş meydançasında operatorun ölümündən sonra ilk dəfə işinə qayıdıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, aktyor İngiltərədə "97 dəqiqə" filminin çəkilişlərində iştirak edir.

Bolduin ən azı iki səhnədə görünüb: binanın içərisində və çöldə. O, Milli Təhlükəsizlik Agentliyinin əməkdaşı rolunu oynaya bilər. Filmin aktyor heyəti hələ ki, məlum deyil.

Milli.Az