Çöl donuzları sürü halında kəndə daxil oldu - VİDEO

10 Fevral 2022 14:12

Rusiyanın Leninqrad vilayətində yerləşən kəndlərdən birinə çöl donuzlarının kütləvi yürüşü olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yerli sakinlər bildirib ki, heyvanlar özlərini sakit aparıb, insanlara, təsərrüfata hücum etməyiblər.

Ehtimal olunur ki, xüsusən havaların soyuq keçməsi ilə əlaqədar çöl donuzları qida tapmaq üçün yaşadıqları ərazini tərk etmək məcburiyyətində qalıb.

Milli.Az