Abşeronda kütləvi dava olub, xəsarət alan var

10 Fevral 2022 08:44

Abşeronda kütləvi dava olub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Masazır qəsəbəsində, "Qurtuluş 93" yaşayış kompleksində qeydə alınıb. Dava zamanı 2001-ci il təvəllüdlü Əliyev Ramal Rəşad oğlu ağır xəsarətlər alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş-beyin silkələnməsi, sol əng sümüyünün və burun sümüklərinin sınıqları diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az