Türkiyədə daha bir nazir koronavirusa yoluxdu

10 Fevral 2022 07:04

Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum koronavirusa yoluxub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik Tvitterdə paylaşım edərək məlumat verib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin milli müdafiə naziri Hulusi Akar da koronavirusa yoluxub. Nazirdən bir gün əvvəl isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla xanımı Əminə Ərdoğanın da COVİD-19-a yoluxduğu açıqlanmışdı.

Milli.Az