“Tərtər işi”nə görə həbs edilən polkovnikin - FOTOları

10 Fevral 2022 08:02

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq Tərtər hadisələri ilə bağlı həbs olunan bir sıra şəxslərin adlarını açıqlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, həbs edilənlər arasında olan polkovnik Ələsgərov Vüsal Əziz oğlunun fotoları əldə olunub.

Qeyd edək ki, ehtiyatda olan polkovnik Tərtər rayonunda yerləşən N saylı hərbi hissəsinin komandiri kimi 2017-ci ilin aprel-may aylarında tabeliyində olan şəxsləri təhqir etməkdə, döyməkdə, işgəncə verməkdə ittiham edilib.

Milli.Az