Göygöldə ağır qəza: 3 yaralı - FOTO

10 Fevral 2022 08:28

Göygöldə yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun ərazisində "Mal Bazarı" adlanan ərazidə qeydə alınıb. Hərəkətdə olan iki "VAZ-2107" markalı avtomobil toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 2 "VAZ-2107" markalı avtomobilin toqquşması zamanı 1973-cü il təvəllüdlü Namazov Mustafa Nəsir oğlu və 1995-ci il təvəllüdlü Namazov Müşviq Şahin oğlu və daha bir nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az