Gəncədə 63 yaşlı qadın maşın vurub

10 Fevral 2022 09:00

Gəncədə piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən 1959-cu il təvəllüdlü S.Süleymanovanı vurub. Piyada xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Milli.Az