Qubada üçmərtəbəli evdə yanğın olub

10 Fevral 2022 07:05

Quba şəhərində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, şəhərdə ümumi sahəsi 690 m² (hər mərtəbəsi 230 m²) olan mansarda tipli üçmərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 65 m² sahədə və eyvanı 35 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az