İspaniya kralı koronavirusa yoluxub

9 Fevral 2022 22:44

İspaniya kralı VI Filip koronavirusa yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Kral sarayı məlumat yayıb.

Məlumatda göstərilir ki, ötən gecə özünü narahat hiss edən monarxdan götürülmüş testin nəticəsi müsbət olub. Kral bütün rəsmi fəaliyyətini 7 gün müddətinə təxirə salıb. Hazırda onda Covid-19-un yüngül simptomları müşahidə olunur.

Kralın arvadı Letiziya və qızı Sofiyanın testləri mənfi nəticə verdiyi üçün onlar təcrid olunmayıblar.

Milli.Az